Ukrayna bəzi istiqamətlərdə dron hücumları həyata keçirib
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Sankt-Peterburq şəhərinə və işğal altındakı Donetsk bölgəsinə dron hücumları təşkil etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, məlumata görə, Sankt-Peterburqda baş verən dron hücumu nəticəsində Rusiyanın şimal-qərbində yerləşən Sankt-Peterburq Neft Terminalında yanğın qeydə alınıb. Hadisənin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) açılışı günü baş verdiyi qeyd olunur.
Digər bir insidentin isə Donetsk vilayətinin Yenakiyevo şəhərində baş verdiyi bildirilir. Məlumata əsasən, Moskva–Simferopol istiqamətində hərəkət edən avtobus dron zərbəsinə məruz qalıb. Hadisə nəticəsində 7 nəfərin öldüyü, 11 nəfərin isə yaralandığı iddia olunur.
Rəsmi qurumlar tərəfindən məlumatların dəqiqləşdirilməsi aparılır.
11:20 03.06.2026
Oxunuş sayı: 40