Mirzoyan: Ermənistan və Rusiya normal tərəfdaşlığa doğru irəliləyə bilər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan və Rusiya münasibətlərinin gələcəyi normal tərəfdaşlıq üzərində qurula bilər.
Crossmedia.az xəbərinə görə, o qeyd edib ki, rəsmi İrəvan rusiyalı həmkarları ilə mövcud problemlərin həlli və anlaşılmazlıqların aradan qaldırılması istiqamətində konstruktiv və əməkdaşlıq şəraitində işləməyə davam edir.
“Biz rusiyalı həmkarlarımızla problemlərin həlli və anlaşılmazlıqların aydınlaşdırılması üçün çalışırıq və işləməkdə davam edəcəyik. İnanıram ki, Ermənistan və Rusiyanı normal tərəfdaşlıq gələcəyi gözləyir”, – deyə Ararat Mirzoyan bildirib.
Nazirin sözlərinə görə, Ermənistan hökuməti Rusiya ilə münasibətləri mövcud gərginlikdən çıxarmağa və dialoqu davam etdirməyə sadiqdir.
10:57 03.06.2026
Oxunuş sayı: 52