ABŞ-dən Azərbaycan-Ermənistan sülhü ilə bağlı yeni açıqlama
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, TRIPP (“Trump Route for International Peace and Prosperity” — Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin “lövbəri” rolunu oynayır.
Crossmedia.az xəbər verir ki, Rubio bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı danışıb.
Onun sözlərinə görə, layihə təkcə “lövbər” deyil, həm də “inqilabi təşəbbüs” xarakteri daşıyır. Rubio qeyd edib ki, artıq müqavilə imzalanıb və bu, Amerika şirkətlərinə regionda investisiya imkanları yaradacaq.
Dinləmələr zamanı ABŞ-də senator Stiv Deyns "Cekson-Venik" düzəlişlərinin Mərkəzi Asiya ölkələri ilə münasibətlərə mane olduğunu bildirib və bu məhdudiyyətlərin aradan qaldırılması məsələsini qaldırıb.
Rubio isə cavabında bu məhdudiyyətlərin zərərli olduğunu vurğulayaraq onların ləğv edilməsini istədiklərini deyib.
Məlumatda qeyd olunur ki, 1974-cü ildə qəbul edilən Cekson-Venik düzəlişləri hazırda da bir sıra postsovet ölkələrinə, o cümlədən Azərbaycana tətbiq olunur.
10:27 03.06.2026
Oxunuş sayı: 44