Rusiyada ilk özəl kosmodromun tikintisi planlaşdırılır
Rusiyanın özəl kosmik şirkəti olan Space Energy ölkədə ilk özəl kosmodromun tikintisi üçün ərazi seçimi üzərində işləyir.
Crossmedia.az TASS-a istinadən bildirir ki, bu barədə şirkətin baş direktoru Georgi Yemelin danışıb.
Onun sözlərinə görə, hazırda layihənin həyata keçirilməsi üçün uyğun ərazi müəyyənləşdirilir. Kosmodromun Rusiyada özəl sektor tərəfindən inşa edilən ilk belə obyekt olacağı qeyd edilir.
Layihənin texniki xüsusiyyətləri, tikinti müddəti və investisiya həcmi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Qeyd edək ki, özəl kosmodromlar kommersiya məqsədli raket buraxılışlarının həyata keçirilməsi və kosmik sənayenin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
08:00 03.06.2026
Oxunuş sayı: 53