Rusiyalı siyasətçi Kiyevi tamamilə təcrid etməyə çağırıb
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Leonid Slutski Dnepr çayı üzərindəki körpülərə zərbələr endirməyə və Kiyevi tamamilə təcrid etməyə çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Ukraynanın hərbi logistikasını məhv etmək, Dnepr üzərindəki körpüləri sıradan çıxarmaq, həmçinin hərbi infrastruktur obyektlərinə və qərar qəbul etmə mərkəzlərinə zərbələr endirmək lazımdır.
Slutski münaqişənin dondurulmasının və atəşkəsin əleyhinə olduğunu vurğulayaraq ən qısa zamanda qətiyyətli qələbə qazanmağa çağırıb.
21:00 02.06.2026
Oxunuş sayı: 45