Paşinyanın tərəfdarları Karapetyana hücum ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyasının tərəfdarları ölkənin Ararat bölgəsinin Marmaraşen kəndində "Güclü Ermənistan" blokunun nümayəndəsi Samvel Karapetyana hücum ediblər.
Crossmedia.az "Sputnik Armenia"-ya istinadən xəbər verir.
Videoda üzərində "Güclü Ermənistan"ın seçki siyahısında yer aldığı 3 rəqəmi olan köynək geyinmiş insanların döyüldüyü göstərilir. Vurulanların arasında qadınlar da var.
"Güclü Ermənistan"ın nümayəndələri 7 iyunda keçiriləcək parlament seçkilərindən əvvəl təşviqat tədbiri keçiriblər.
Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı heç bir şərh verməyib.
20:18 02.06.2026
Oxunuş sayı: 42