Rusiya Ukrayna şirkətlərini hədəf aldı, Zelenskidən cavab gecikmədi
Rusiya bütün növ raket texnologiyalarının inkişafında irəliləyiş nümayiş etdirən Ukrayna şirkətlərini hədəfə alıb.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın öz ballistik sistemini yaratmaq və raketdən müdafiə sistemlərinin istehsalını lokallaşdırmaq qabiliyyətini strateji təhdid kimi görür.
Zelenski kəşfiyyat hesabatından sonra deyib: "Biz cavab verəcəyik".
19:20 02.06.2026
Oxunuş sayı: 49