Stratfor Ermənistan və Türkiyə arasında münasibətlərin təsirini qiymətləndirib
Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşması regionda yeni siyasi və iqtisadi imkanlar yarada bilər.
Crossmedia.az xəbər verir ki, “Stratfor” analitik mərkəzinin təhlilinə görə, bu proses Türkiyənin Avropa, Cənubi Qafqaz və Yaxın Şərq arasında rolunu gücləndirə bilər.
Təhlildə qeyd olunur ki, Ermənistan üçün bu yaxınlaşma yeni ticarət yolları, xarici əlaqələrin genişlənməsi və Qərblə münasibətlərin inkişafı baxımından əhəmiyyət daşıyır.
Bununla yanaşı, hesabatda Moskvanın regiondakı əsas təsir imkanlarını qoruyacağı vurğulanır.
16:33 02.06.2026
Oxunuş sayı: 60