Almaniyada sığınacaq müraciətləri son 14 ilin ən aşağı səviyyəsinə enib
Almaniyada sığınacaq müraciətlərinin sayında son 14 ildə ilk dəfə nəzərəçarpacaq azalma qeydə alınıb. Məlumata görə, 2026-cı ilin may ayında ölkədə 5 556 ilkin sığınacaq müraciəti qeydə alınıb.
Crossmedia.az xarici KIV-ə istinadən xəbər verir ki, bu göstərici COVID-19 pandemiyasının ilk ayları istisna olmaqla, 2012-ci ildən bəri ən aşağı səviyyə hesab olunur. Statistikaya əsasən, müraciətlərin sayı 2025-ci ilin may ayı ilə müqayisədə təxminən üçdə bir, 2023-cü ilin may ayı ilə müqayisədə isə 75 faiz azalıb.
Qeyd olunub ki, sığınacaq üçün müraciət edənlərin əksəriyyəti Əfqanıstan, Suriya, Türkiyə və Somalidən gələn şəxslərdir.
Ekspertlər müraciətlərin azalmasını Almaniya və Avropa İttifaqının miqrasiya siyasətindəki dəyişikliklər, sərhəd nəzarətinin gücləndirilməsi və miqrasiya marşrutlarında baş verən dəyişikliklərlə əlaqələndirirlər.
Fidan Məmməd-zadə
14:55 02.06.2026
Oxunuş sayı: 52