Avropada NÜVƏ HƏYƏCANI: NATO ABŞ-nin qüvvələrini genişləndirməyə hazırlaşır
NATO üzv ölkələri Avropada ABŞ-nin nüvə qüvvələrinin yerləşdirilməsinin genişləndirilməsi məsələsini müzakirə edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, alyans daxilində aparılan müzakirələr Avropanın təhlükəsizlik mühitində baş verən dəyişikliklər və artan geosiyasi gərginlik fonunda gündəmə gəlib.
Məlumata görə, müzakirələr çərçivəsində ABŞ-nin nüvə potensialının Avropadakı mövcud yerləşdirmə modelinin genişləndirilməsi, eləcə də bəzi üzv ölkələrdə əlavə imkanların yaradılması variantları nəzərdən keçirilir.
NATO rəsmiləri bildirirlər ki, alyansın nüvə siyasəti müdafiə və çəkindirmə prinsiplərinə əsaslanır və məqsəd üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsidir.
Məsələ ilə bağlı yekun qərarın verilib-verilmədiyi açıqlanmasa da, müzakirələrin NATO-nun gələcək təhlükəsizlik strategiyasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır.
13:28 02.06.2026
Oxunuş sayı: 53