Rusiya bəzi meyvə tədarüklərini Azərbaycan və digər ölkələrlə əvəz etməyi planlaşdırır
Rusiya meyvə bazarında Ermənistan məhsullarının bir hissəsinin Azərbaycan və digər ölkələrdən tədarüklə əvəz edilməsi imkanları müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, “Rusprodsoyuz” Assosiasiyasının İdarə Heyətinin sədr müavini Dmitri Leonov Dmitri Leonov bildirib ki, müxtəlif meyvə növləri üzrə alternativ tədarük ölkələri müəyyən edilib.
Məlumata görə, ərik tədarükünün Türkiyə, Özbəkistan və Tacikistan, albalının isə Azərbaycan, Özbəkistan, Türkiyə və Moldovadan təmin edilməsi mümkündür.
Bundan başqa, üzümün Türkiyə, Özbəkistan, Misir, Hindistan və Çin, nektarinlərin isə eyni ölkələrdən idxalı nəzərdən keçirilir. Şaftalı tədarükündə isə Azərbaycan, Türkiyə, Özbəkistan və Gürcüstanın alternativ kimi çıxış edə biləcəyi qeyd olunub.
12:50 02.06.2026
Oxunuş sayı: 46