BP rəsmisi: Azərbaycan və Xəzər regionu qlobal enerji mərkəzinə çevrilə bilər
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bildirib ki, Azərbaycan və Xəzər regionu yaxın onilliklərdə dünya səviyyəli enerji mərkəzinə çevrilə bilər.
Crossmedia.az xəbər verir ki, O, Bakı Enerji Forumunda çıxışı zamanı qeyd edib ki, Bakı getdikcə beynəlxalq enerji mərkəzi kimi daha çox tanınır və “yeni Hyuston” və “yeni Aberdin” kimi dəyərləndirilə bilər.
Onun sözlərinə görə, azərbaycanlı mütəxəssislər artıq yalnız yerli layihələrdə deyil, həm də bp-nin müxtəlif ölkələrdəki əməliyyatlarında mühüm rol oynayırlar.
12:27 02.06.2026
Oxunuş sayı: 46