Tehran uzunmüddətli qeyri-sabitlikdən faydalanır
Avstraliyanın Strateji Siyasət İnstitutu tərəfindən yayımlanan təhlildə qeyd olunur ki, İran ənənəvi hərbi qələbədən daha çox, uzunmüddətli qeyri-sabitlik mühitinin saxlanılmasına üstünlük verir.
Crossmedia.az xəbər verir ki, təhlildə bildirilir ki, Tehran davam edən gərginlikdən həm danışıqlarda təsir gücünü artırmaq, həm də regional mövqelərini qorumaq üçün istifadə edir. Eyni zamanda, bu vəziyyətin daxili siyasi nəzarəti gücləndirmək üçün də alət olduğu vurğulanır.
Müəlliflərin fikrincə, xarici münaqişələr İran hakimiyyəti üçün yalnız çəkindirmə vasitəsi deyil, həm də daxili idarəetməni möhkəmləndirən mexanizmdir. Bu yanaşma iqtisadi problemlərin xarici təzyiqlərlə izah edilməsinə və ictimai narazılığın nəzarətdə saxlanılmasına imkan yaradır.
Məqalədə həmçinin qeyd olunur ki, nəzərəçarpacaq nəticələr olmadan sülhə keçid hakimiyyət üçün daxili tənqid riskini artıra bilər.
12:05 02.06.2026
Oxunuş sayı: 48