Əraqçı: İran və ABŞ arasındakı atəşkəs Livana da şamil edilir
İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib ki, İran və ABŞ arasında əldə olunan atəşkəs razılaşması Livan da daxil olmaqla bütün cəbhələrdə qeyd-şərtsiz qüvvədədir.
Crossmedia.az xəbər verir ki, Əraqçı hər hansı istiqamətdə atəşkəsin pozulmasının ümumi razılaşmanın pozulması kimi qiymətləndiriləcəyini bildirib.
İran XİN rəhbəri vurğulayıb ki, İsrail və ABŞ atəşkəs rejiminin istənilən formada pozulmasının nəticələrinə görə məsuliyyət daşıyacaqlar.
10:52 02.06.2026
Oxunuş sayı: 48