Xameneyinin adı İranın ali rəhbərliyinə namizədlər siyahısında olmayıb
İranın Ekspertlər Məclisinin (Xobreqan Məclisi) Xuzistan vilayətindən olan üzvü Mohsen Heydəri Alkəsir bildirib ki, ölkənin ali rəhbəri Əli Xameneyinin varisini müəyyənləşdirmək məqsədilə keçirilən iclasda keçmiş lider Müctəba Xameneyinin adı ilkin namizədlər siyahısına daxil edilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, iclas ciddi təhlükəsizlik tədbirləri şəraitində keçirilib. Məclis üzvləri təcili şəkildə avtobuslarla toplantının keçirildiyi məkana aparılıblar.
Alkəsir qeyd edib ki, iclas zamanı Əli Xameneyinin mümkün varisləri kimi Sadıq Laricani və Əlirza Ərafinin namizədliyi irəli sürülüb.
Ekspertlər Məclisinin üzvü bildirib ki, onun və bir qrup deputatın etirazından sonra Əli Xameneyinin oğlu Müctəba Xameneyinin adı da namizədlər siyahısına əlavə edilib.
Qeyd edək ki, son illərdə Müctəba Xameneyi İranın ali rəhbəri postuna potensial namizədlərdən biri kimi tez-tez müzakirə olunur. Lakin İran rəsmiləri bu məsələ ilə bağlı rəsmi mövqe açıqlamayıblar.
08:20 02.06.2026
Oxunuş sayı: 41