NATO-nun iki nəhəng gücü Bakıda bir araya gəldi
Bakıda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr arasında görüş keçirilib və tərəflər iki ölkə arasında yeni əməkdaşlıq imkanlarını qiymətləndiriblər.
Crossmedia.az xəbər verir ki, A. Bayraktar "X" sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.
"Görüşdə Türkiyənin və bölgənin enerji təchizatı təhlükəsizliyinə yönəlmiş strateji baxışlar müzakirə edilib, həmçinin iki ölkə arasındakı yeni əməkdaşlıq imkanlarını və potensial fürsətlər qiymətləndirilib", - Bayraktar yazıb.
Qeyd edək ki, görüş 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"u çərçivəsində baş tutub.

19:24 01.06.2026
Oxunuş sayı: 46