Kir Starmer: Azərbaycan qlobal enerji təhlükəsizliyində mühüm tərəfdaşdır
Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin və dayanıqlı mövqenin gücləndirilməsində çox mühüm tərəfdaş olaraq qalır.
Crossmedia.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
"COP29-da iştirak üçün Bakıya səfər etdiyimiz zaman enerji keçidinə Azərbaycanın yetirdiyi ciddi diqqət mənə dərin təəssürat bağışladı.
Ölkəniz Ukraynanın enerji infrastrukturuna Rusiyanın davamlı və qanunsuz hücumları qarşısında həmin ölkənin enerji dayanıqlılığının möhkəmləndirilməsində mühüm rol oynadı".
19:04 01.06.2026
Oxunuş sayı: 53