DİM “Peşə seçimi” testlərinə qeydiyyat elan edib
İyunun 8-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” testi keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, Testdə iştirak etmək üçün qeydiyyat 7 iyun saat 12:00-dək davam edəcək.
Qeyd edək ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Bu testlərdən keçmək gələcək ixtisası müəyyən etməyə kömək edir. Testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.
Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.
12:37 01.06.2026
Oxunuş sayı: 44