KİV: İrəvan və Moskva arasındakı münasibətlər kritik mərhələdən keçir
Ermənistanda 2026-cı il iyunun 7-də keçirilməsi planlaşdırılan parlament seçkiləri respublikanın növbəti beş il üçün xarici siyasət kursunu müəyyən edəcək əsas hadisə olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS-da dərc olunan "David Martirosyan Moskva və İrəvan arasında strateji tərəfdaşlığın yenilənməsi barədə" sərlövhəli məqalədə yazılıb.
Qeyd olunub ki, İrəvan və Moskva arasındakı münasibətlər hazırda kritik bir mərhələdən keçir və gələcək geosiyasi tərəfdaşlıq perspektivləri təhlükə altındadır: "Ermənistanın xarici siyasətinin Avropaya inteqrasiya istiqamətində transformasiyası 26 mart 2025-ci ildə, parlamentin Avropa Parlamentinə(Aİ) üzvlük prosesinə başlamağı nəzərdə tutan qanun layihəsini təsdiqləməsindən sonra rəsmiləşdi. Bu qərar ölkənin icra hakimiyyətinə daxili qanunvericiliyi Aİ standartlarına uyğunlaşdırmaq üçün hüquqi öhdəliklər qoydu. Bu tendensiyanın əsas mərhələsi 4-5 may 2026-cı il tarixlərində Yerevanda keçirilən Aİ-Ermənistan sammiti oldu. Görüşdə Avropaya inteqrasiya üçün dəqiq bir zaman qrafiki müəyyən edilməsə də və müdafiə zəmanətləri ilə bağlı birbaşa razılaşmalar olmasa da, iştirakçılar üç əsas məqamı bəyan etdilər:
Enerji maliyyələşdirilməsi - Aİ Ermənistanda enerji saxlama qurğularının tikintisi və günəş elektrik stansiyalarının inkişafı üçün 25 milyon avro maliyyələşdirməni təsdiqləyib;
Viza liberallaşdırılması - Avropa İttifaqı Ermənistana Fəaliyyət Planının icrasının müsbət qiymətləndirilməsi və Şengen zonasına vizasız girişin sürətlə tətbiqi üçün tövsiyələri özündə əks etdirən hesabatı rəsmi olaraq təqdim etdi;
Hibrid təhdidlərdən qorunma – qarşıdan gələn parlament seçkilərindən əvvəl dezinformasiya və kiberhücumlarla mübarizə aparmaq üçün Ermənistanda uzunmüddətli Avropa missiyasının yerləşdirilməsi qərarı qəbul edilib.
Ermənistanın "Avropa gələcəyi" ilə bağlı səs-küylü şüarlar, ritorik boşluqları aradan qaldıraraq, olduqca başa düşülən hesablamaları gizlədir. Nikol Paşinyan hökuməti üçün bu kurs hakimiyyətə yapışmağın yollarından biridir və seçicilərə səsləri müqabilində gələcək "çiçəklənmə" ilə bağlı cəlbedici bir vizyon təqdim edir. Bu arada, Brüssel üçün bu danışıqlar, şübhəsiz ki, Ermənistanın rifahı ilə bağlı deyil, Rusiyanı regiondan çıxarmaq və Cənubi Qafqazdakı təsirini zəiflətmək üçün bir vasitədir.
Ermənistan baş naziri Nikol Paşinyanın yenidən baş nazir seçilməsindən sonra Ermənistan hakimiyyəti açıq şəkildə Avropa ilə elan etdikləri yaxınlaşmadan sürətli nəticələr əldə etməyə diqqət yetirmək niyyətindədir. Prioritetlərə Avropa Enerji İnfrastrukturu Tərəfdaşları fondundan investisiya cəlb etmək (2,6 milyard avrodan çox) və Ermənistan vətəndaşlarının Şengen zonasına giriş şərtlərinin sadələşdirilməsi daxildir ki, bu da maraqlı olanlar üçün ən real nəticə olacaq. Əslində, Yerevan yaxın gələcəkdə Aİ üzvlüyünə deyil, Brüsseldən maliyyə dəstəyinə və Azərbaycandan siyasi müdafiəyə can atır".
"Bu arada, Paşinyana dəstəyi açıq şəkildə Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyi ilə əlaqələndirən Aİ-nin yüksək vəzifəli rəsmiləri iqtisadi təsir gücünə və ictimai əhval-ruhiyyənin tədricən dəyişməsinə ümid edirlər. Onlar sübut kimi 2025-ci il üçün ticarət rəqəmlərini göstərirlər: Avropanın Ermənistana idxalı (əsasən avtomobillər və maşınlar) təxminən 2,2-2,5 milyard dollar, Ermənistanın Aİ-yə ixracı (kənd təsərrüfatı məhsulları, tekstil və metallar) isə cəmi 600-700 milyon dollar təşkil edib.
Lakin nəzərə almaq lazımdır ki, Aİ-dən gələn bu həcmdə malların əhəmiyyətli bir hissəsi Rusiya bazarına yönəlib".
01:40 26.05.2026
Oxunuş sayı: 37