Almaniya Litvaya 1000 hərbçi göndərəcək
Almaniya NATO-nun Litvada yerləşən briqadasında xidmət üçün 1000-ə qədər hərbçini məcburi qaydada göndərə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb.
Bildirilib ki, Almaniya briqada üçün kifayət qədər könüllü hərbçi toplaya bilməyib və ilk təyinatların artıq bu payızda həyata keçirilməsi gözlənilir.
Almaniya 2027-ci ilin sonunadək Litvada daimi olaraq 4 800 hərbçi yerləşdirməyi planlaşdırır.
23:32 14.09.2026
Oxunuş sayı: 42