Almaniya Çinə qarşı iqtisadi siyasətini sərtləşdirir
Almaniya hökuməti Çinə qarşı iqtisadi siyasətin sərtləşdirilməsini nəzərdə tutan genişmiqyaslı tədbirlər paketi hazırlayır.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Berlin Çin istehsalı hibrid avtomobillərə yeni gömrük rüsumlarının tətbiqini, Avropanın nəzarət etdiyi məcburi birgə müəssisələrin yaradılmasını, investisiyaların yoxlanılmasının sərtləşdirilməsini və ixrac məhdudiyyətlərinin artırılmasını nəzərdən keçirir.
Almaniya kansleri Fridrix Merzin rəhbərlik etdiyi hökumətin paketi oktyabrın 14-də razılaşdırması və daha sonra onun Aİ səviyyəsində dəstəklənməsinə çalışması gözlənilir.
23:43 14.09.2026
Oxunuş sayı: 43