Səudiyyə Ərəbistanı husilərə qarşı Britaniyadan hərbi yardım istəyib
Səudiyyə Ərəbistanı husilərə qarşı mübarizədə Böyük Britaniyadan hərbi dəstək istəyib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Britaniyanın Baş naziri Endi Börnhem Ər-Riyadın neft infrastrukturunun qorunması və husilərin Babül-Məndəb boğazına doğru irəliləməsinin qarşısının alınması ilə bağlı müraciətlərini nəzərdən keçirir.
Börnhemin Səudiyyə Ərəbistanına britaniyalı hərbi məsləhətçilərin göndərilməsinə razılıq verdiyi, digər tələblərin isə hələlik təsdiqlənmədiyi bildirilir.
23:36 14.09.2026
Oxunuş sayı: 46