Aİ Rusiyaya qarşı sanksiyaların uzadılmasında razılağa gələ bilməyib
Avropa İttifaqı Rusiyanın təxminən 3 min fiziki şəxsi və şirkətinə qarşı tətbiq olunan sanksiyaların uzadılması ilə bağlı razılığa gələ bilməyib.
Crossmedia.az xəbər verir ki, sanksiyaların müddətinin başa çatmasına cəmi bir gün qaldığı üçün Aİ ölkələrinin razılığa gəlməsi üçün vaxt məhdudiyyəti yaranıb. Slovakiya Əlişir Usmanov və Mixail Fridmanın sanksiya siyahısından çıxarılmasını tələb edir, eyni zamanda məhdudiyyətlərin uzadılma müddətinin 6 aydan 12 aya artırılmasına qarşı çıxır.
Aİ ölkələrinin əksəriyyəti isə Rusiya Ukraynaya qarşı hücumlarını davam etdirdiyi müddətdə sanksiya siyahısından hər hansı şəxsin çıxarılmasına qarşıdır.
23:18 14.09.2026
Oxunuş sayı: 50