Mark Rütte sərnişin qatarına hücumu Putinin çarəsizliyinin əlaməti adlandırıb
NATO-nun baş katibi Mark Rütte Polşa sərhədi yaxınlığında sərnişin qatarına endirilən zərbənin Rusiya Prezidenti Vladimir Putinin “getdikcə daha çarəsiz” vəziyyətə düşdüyünü göstərdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rütte Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməklə getdikcə daha ehtiyatsız davrandığını deyib. O, NATO-nun buna cavab olaraq Ukraynaya dəstəyi artıracağını vurğulayıb.
NATO baş katibi həmçinin alyansın kollektiv müdafiəyə sadiqliyinin dəyişməz qaldığını və üzv ölkələrin ərazisinin “hər qarışının” müdafiə olunacağını bildirib.
23:37 14.09.2026
Oxunuş sayı: 42