Ermənistanın Azərbaycandan ucuz sement alacağı iddia olunur
Hakimiyyət Azərbaycandan ucuz sement idxal etmək istəyir.
Crossmedia.az xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan deyib.
O, fabriki özəl sahibkardan aldığını və hər ay dövlət büdcəsinə böyük vergilər ödədiyini xatırlatdı.
“Bu gün o (baş nazir Nikol Paşinyan nəzərdə tutulur) fabriki xalqa verəcəyini deyir. Bu halda, qoy xalqın payı olsun, əks halda yalnız siz varlanacaqsınız və qanunsuz yolla. Qoy fabriki hansı qanun əsasında milliləşdirəcəyini göstərsin. Əgər belə bir qərar verilərsə, mən məhkəməyə müraciət edəcəyəm".
23:11 21.05.2026
Oxunuş sayı: 78