Premyer Liqa: "Qəbələ" "Şamaxı"nı məğlub edib
Misli Premyer Liqasında sonuncu - XXXIII turun açılış matçında "Qəbələ" "Şamaxı"nı məğlub edib.
Crossmedia.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
"Qəbələ"nin heyətində Seydina Keyta (4), Domi Massumo (33), Nicat Əliyev (36) fərqləniblər. "Şamaxı"nın qolunu isə Karim Rossi (15) vurub.
Qəbələ kollektivi 27 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb.
Tura mayın 24-də yekun vurulacaq
20:23 21.05.2026
Oxunuş sayı: 114