Şəhər inkişafı hava keyfiyyətindən asılıdır - Anna Soave
Bu gün müzakirə etdiyimiz məsələ son dərəcə vacib bir məsələdir. Azərbaycanda BMT-nin Məskunlaşma Proqramının - UN-Habitatın Proqram rəhbəri olaraq, ilk növbədə bu tədbirdə iştirak edən bütün hörmətli qonaqlara şəxsən təşəkkürümü bildirmək istəyirəm.
Crossmedia.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ölkə Proqramının rəhbəri Anna Soave Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
O, əlavə edib ki, mən UN-Habitatın bu mövzuya güclü dəstəyini bir daha təsdiqləmək istəyirəm. IDEA təşkilatına da tək tədbiri təşkil etdiklərinə görə deyil, həm də hava keyfiyyəti məsələsini məhz aid olduğu yerə — WUF 13 çərçivəsində şəhərsalma müzakirələrinin mərkəzinə gətirdiklərinə görə təşəkkür edirəm”.
Mən memar kimi təhsil almış, daha sonra isə şəhərsalma üzrə fəaliyyət göstərmiş bir mütəxəssis olaraq, qəti şəkildə inanıram ki, nəfəs aldığımız havanın keyfiyyəti şəhər inkişafının ikinci dərəcəli mövzusu deyil.
Ayhan
15:20 20.05.2026
Oxunuş sayı: 57