Tikinti prosesində təbiət nəzərə alınmalıdır - Nazir müavini
Hər bir ölkənin baxışı olur ki, bu çox vacibdir.
Crossmedia.az xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
“Bu gün şəhərlər iqlim dəyişikliyinin təməlində dayanır. Eyni zamanda, burada təbitin üzərinə də böyük yük düşür.
Biz təbiəti qorumalıyıq, fikrimcə təbiətə əsaslanan həllər tikinti prosesində də nəzərə alınmalıdır. Azərbaycanın 2026-cı ilə qədər olan strategiyada yaşıl enerji zonaları yaradıldı.
Bu plan 2030-a qədər olan planın bir hissəsi idi. Həmçinin işğaldan azad edilmiş ərazilərdə də yaşıl zonalar salınır”.
11:30 20.05.2026
Oxunuş sayı: 64