Bəzi yerlərdə intensiv yağış yağır - FAKTİKİ HAVA
Mayın 17-si saat 17:00-a olan faktiki hava açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Quba, Qrız, Şabran, Lerikdə yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.
17:50 17.05.2026
Oxunuş sayı: 34