Ət bahalaşacaq - Səbəb açıqlandı
Azərbaycanda son dövrlərdə ərzaq bazarında müşahidə olunan qiymət dəyişiklikləri əhalinin gündəlik xərclərinə birbaşa təsir göstərir. Xüsusilə ət məhsullarının qiyməti alıcıların ən çox diqqət yetirdiyi sahələrdən biri olaraq qalır. Qurban bayramının yaxınlaşması ilə bazarda canlanma müşahidə olunur və bu, qiymət müzakirələrini yenidən gündəmə gətirir.

İqtisadçı - ekspert, REAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ətin qiyməti demək olar, hər ay artım tendensiyası göstərir. Onun sözlərinə görə, Qurban bayramı dövründə tələbin yüksəlməsi qiymətlərə əlavə təzyiq yaradır və bu da artımın daha çox hiss olunmasına səbəb olur: "Yerli istehsalda müşahidə olunan azalma da bazardakı vəziyyətə birbaşa təsir edir. İribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayında azalmanın davam etməsi təklifin zəifləməsinə gətirib çıxarır. Bu da qiymətlərin yüksəlməsini şərtləndirir. Bu tendensiya davam edərsə, Qurban bayramı ərəfəsində və bayram günlərində ət qiymətlərində növbəti artım dalğası qaçılmaz ola bilər".
Nigar Xəlilli
19:16 15.05.2026
Oxunuş sayı: 2237