Bakıda həbs olunan ruslara HÖKM OXUNUB
Bakı Ağır Cinayətlər Məhkəməsində kibercinayətkarlıq yolu ilə əldə edilən 98 min manatın leqallaşdırılması ilə bağlı aparılan cinayət işi üzrə hökm çıxarılıb.
Crossmedia.az xəbər verir ki, məhkəmə Rusiya vətəndaşları İqor Zabolotskix və İlnur Valitovun işinə baxaraq onların təqsirli olduğu qənaətinə gəlib.
Onlar Azərbaycan Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) ilə ittiham olunublar.
Məhkəmənin qərarına əsasən, hər iki şəxs üç il müddətinə azadlıqdan məhrum edilib.
18:38 13.05.2026
Oxunuş sayı: 50