Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb
Lökbatan qəsəbəsində anbarda baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri indiyədək 77 atış həyata keçirib.
Bu barədə Crossmedia.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, indiyədək yanğın baş verən əraziyə ümumilikdə 200 ton su tökülüb.
Hazırda atışlar davam edir.
14:47 12.05.2026
Oxunuş sayı: 62