FHN - Qaradağda baş verən güclü yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir
Qaradağda baş verən güclü yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq FHN Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürüldüyü bildirib.
Qurum həmçinin hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirildiyini diqqətə çatdıraraq əlavə məlumatın veriləcəyini qeyd edib.
Elmir Heydərli
10:30 12.05.2026
Oxunuş sayı: 70