271 şəxs bu xidmətdən yararlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən 2024-cü ilin ötən dövründə 271 repatriantla sosial reabilitasiya işi aparılıb.
Crossmedia.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilib. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, həmin plan üzrə sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilib. Hazırda 47 repatriantla sosial iş çərçivəsində reabilitasiya xidmətləri davam etdirilir.
Ümumilikdə isə 2018-ci ildən indiyədək Agentlik 500-dən çox repatriantı sosial reabilitasiya xidmətləri ilə təmin edib.
11:30 14.12.2024
Oxunuş sayı: 5333