Rusiyanın cənubunda 13 hava limanında əməliyyatlar dayandırılıb
Ukraynaya məxsus pilotsuz uçuş aparatının aeronaviqasiya administrasiyasının binasına zərbə endirməsi nəticəsində Rusiyanın cənub bölgəsində hava nəqliyyatında məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, insidentdən sonra 13 hava limanında əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.
12:37 08.05.2026
Oxunuş sayı: 41