İran Hörmüz boğazına "əbədi" nəzarət edəcək
ABŞ-nin Bayden administrasiyasında Livan üzrə xüsusi nümayəndə Amos Hoxşteyn Hörmüz boğazı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Onun sözlərinə görə, İranın regiondakı rolu nəzərə alınmadan Hörmüz boğazı ətrafında yaranan böhranın tam şəkildə həll edilməsi mümkün deyil. Hoxşteyn həmçinin bildirib ki, Tehran bu strateji su yolunda uzunmüddətli təsir imkanlarına malikdir.
Qeyd olunur ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas keçid nöqtələrindən biri hesab edilir və regionda baş verən hər hansı gərginlik qlobal bazarlara da təsir göstərə bilir.

09:50 08.05.2026
Oxunuş sayı: 46