Pezeşkian düşmən təzyiqlərinin məqsədini açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, o, yaxın zamanda İranın ali rəhbəri Müctəba Xamenei ilə görüş keçirib.
Crossmedia.az İran KİV-inə istinadən xəbər verir ki, Məsud Pezeşkian yaxın vaxtlarda Ayətullah Xamenei ilə görüşdüyünü və onunla təxminən iki saat yarım səmimi və açıq şəraitdə müzakirələr apardığını bildirib.
İran prezidentinin digər açıqlamalarına görə, təzyiq göstərən düşmənin məqsədi cəmiyyətdə narazılıq yaratmaq, insanları küçələrə çıxmağa məcbur etmək və idarəetmə strukturunu zəiflətməkdir.
Onun sözlərinə görə, Hörmüz boğazının açılması ilə bağlı istənilən danışıqlar dəniz blokadasının aradan qaldırılmasını tələb edir.
Nigar Xəlilli
17:35 07.05.2026
Oxunuş sayı: 39