İsrail əsgəri Məryəm Ana heykəlini təhqir edib
Sosial şəbəkələrdə yayılan və müxtəlif media orqanlarında yer alan iddialara görə, Livanda bir İsrail əsgərinin Məryəm Ana heykəli yanında siqaretlə poza verdiyi görüntülər müzakirə yaradıb.
Crossmedia.az xəbər verir ki, eyni mənbələr daha əvvəl də bəzi insidentlərdə İsrail hərbçilərinin dini abidələrə qarşı hörmətsiz davranış nümayiş etdirdiyini iddia edir.
Hadisə ilə bağlı İsrail ordusu açıqlama yayaraq görüntülərin yoxlanıldığını və məsələnin araşdırıldığını bildirib.
Hazırda insidentin nə vaxt və hansı şəraitdə baş verdiyi ilə bağlı rəsmi təsdiqlənmiş əlavə detallar yoxdur.
17:13 07.05.2026
Oxunuş sayı: 40