ABŞ-dən kritik addım: regionda 50 min hərbçi yerləşdirilib
Fevral ayından bəri ABŞ Yaxın Şərqdəki hərbi bazalarında qoşun sayını təxminən 10 min nəfər artırıb və ümumi say 50 min nəfərə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “The New York Times” qəzeti mənbələrə istinadən yayıb.
Qəzet yazır ki, İrana qarşı mümkün gərginlik fonunda ABŞ hərbi mövcudluğunu Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyn kimi ölkələrdə gücləndirib.
Məlumata görə, regiondakı bütün ABŞ hərbi qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bununla yanaşı, Ağ Evin İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı ziddiyyətli siqnallar verdiyi qeyd olunur.
16:42 07.05.2026
Oxunuş sayı: 43