Hizbullahla müharibə yenidən alovlana bilər - İsraildən sərt siqnal
İsrail Livanda Hizbullahın yüksək vəzifəli şəxslərinə qarşı genişmiqyaslı əməliyyatları yenidən bərpa edə biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “Nidaa Al-Watan” qəzeti Livandakı siyasi mənbəyə istinadən yayıb.
Bu ehtimal Radvan Qüvvələri bölməsinin komandirinin öldürülməsindən sonra gündəmə gəlib.
Mənbə bildirib ki, Beyrutun Dahiyə bölgəsinə endirilən zərbə İsrailin ABŞ-İran danışıqlarından asılı olmayaraq Hizbullah təhdidlərini aradan qaldırmaq niyyətində olduğunu göstərir.
Həmçinin qeyd olunub ki, Hizbullahın mümkün cavab addımları atəşkəsin pozulmasına və Beyrutda, eləcə də paytaxtın cənub ətraflarında döyüşlərin yenidən alovlanmasına səbəb ola bilər.
15:54 07.05.2026
Oxunuş sayı: 39