İsveçrə ABŞ-İran görüşünə ev sahibliyinə hazır olduğunu açıqlayıb
Xarici İşlər Nazirliyinin sözçüsü Melani Kugelman TASS agentliyinə bildirib ki, əgər Cenevrə danışıqlar üçün məkan kimi seçilərsə, İsveçrə ənənəvi “yaxşı xidmətlərini” təqdim etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, rəsmi Bern sülh prosesinə yönəlmiş bütün diplomatik təşəbbüsləri dəstəkləyir və tərəflərlə təmasları davam etdirir.
İsveçrə uzun illərdir ABŞ-nin İrandakı maraqlarını təmsil edən vasitəçi rolunda çıxış edir. Pakistan isə ABŞ-də İranın diplomatik maraqlarını qoruyan kanal funksiyasını yerinə yetirir.
Bununla yanaşı, Axios nəşri yazıb ki, Vaşinqton və Tehran münaqişənin dayandırılmasına yönəlmiş ilkin memorandum üzrə anlaşmaya yaxınlaşa bilər. Məlumata görə, növbəti danışıqların İslamabad və ya Cenevrədə keçirilməsi ehtimal edilir.
15:17 07.05.2026
Oxunuş sayı: 52