Tramp: İran nüvə silahına doğru getməməyə razılaşıb
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı yeni açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bildirib ki, İran nüvə silahı əldə etməmək öhdəliyinə yaxınlaşıb və bu istiqamətdə müəyyən razılaşmalar əldə olunub.
“İranın nüvə silahı ola bilməz. Çünki onlar nə qədər sərt olsalar da, biz onların sağ qalmasını istəyirik, biz hamınızın sağ qalmasını istəyirik. İranın nüvə silahı ola bilməz və olmayacaq da. Onlar digər məsələlərlə yanaşı, bununla da razılaşıblar”, – deyə Tramp qeyd edib.
ABŞ liderinin sözlərinə görə, Vaşinqtonun əsas mövqeyi regionda nüvə silahının yayılmasının qarşısını almaq və gərginliyin artmamasını təmin etməkdir.
14:55 07.05.2026
Oxunuş sayı: 48