ŞOK İDDİA: ABŞ və İran anlaşmaya yaxınlaşır
Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani ABŞ ilə İran arasında diplomatik irəliləyiş əldə olunması ehtimalının yüksək olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Qətər hökumət başçısı tərəflər arasında aparılan mesaj mübadiləsində müsbət irəliləyiş müşahidə edildiyini qeyd edib.
Əl Saninin sözlərinə görə, ABŞ və İran arasında əldə olunacaq hər hansı razılaşma həm Körfəz ölkələrinin, həm də beynəlxalq birliyin maraqlarını nəzərə almalıdır.
Qətərin Baş naziri əlavə edib ki, Doha Vaşinqton və Tehran arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə pakistanlı vasitəçilərlə daimi təmas saxlayır.
14:48 07.05.2026
Oxunuş sayı: 49