Beynəlxalq Cinayət Məhkəməsinin sədri Ermənistana səfər edib
Beynəlxalq Cinayət Məhkəməsinin sədri ilk dəfə Ermənistana səfər edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Səfər çərçivəsində Ermənistan Baş prokuroru Anna Vardapetyan məhkəmənin sədri Tomoko Akane ilə görüş keçirib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və institusional tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Xüsusilə beynəlxalq cinayətlərin araşdırılması sahəsində prokurorluq potensialının artırılması məsələləri müzakirə olunub.
13:21 07.05.2026
Oxunuş sayı: 43