İsveçrə İran və ABŞ arasında danışıqlara ev sahibliyi etməyə hazırdır
İsveçrə İran və ABŞ arasında mövcud gərginliyin həlli məqsədilə aparılacaq danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Melani Gugelmann qeyd edib ki, ölkəsi münaqişənin həlli üçün dialoqa platforma təqdim etməyə hazırdır.
Onun sözlərinə görə, İsveçrə həmişə öz “xoşməramlı xidmətlərini” göstərməyə hazırdır və sülhün təşviqinə yönəlmiş diplomatik təşəbbüsləri dəstəkləyir.
Nazirlik rəsmisi həmçinin bildirib ki, İsveçrə münaqişənin bütün tərəfləri ilə əlaqə saxlayır və danışıqların Cenevrədə keçirilməsi ehtimalı ilə bağlı məlumatları diqqətdə saxlayır.
12:17 07.05.2026
Oxunuş sayı: 41