Fransa Hörmüz boğazında mümkün missiya üçün təyyarədaşıyan gəmi göndərir
Fransa Hörmüz boğazında naviqasiyanın bərpası və təhlükəsizliyin təmin olunması məqsədilə mümkün missiyaya hazırlıq çərçivəsində təyyarədaşıyan gəmisini regiona yönləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "France24" nəşri Yelisey Sarayına istinadən yayıb.
Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus “Şarl de Qoll” təyyarədaşıyan gəmisi Cənubi Qırmızı dənizə göndərilib.
Bildirilib ki, bu addım Fransa tərəfinin Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına hazır olduğunu və bunun üçün imkanlara malik olduğunu nümayiş etdirmək məqsədi daşıyır.
Fransa prezidentinin köməkçisi jurnalistlərə açıqlamasında qeyd edib ki, bu qərar regionda mümkün missiyaya operativ hazırlığın tərkib hissəsidir.
11:57 07.05.2026
Oxunuş sayı: 54