ABŞ senatoru: Amerikalılar getdikcə “indi al, sonra ödə” planlarına üz tutur
ABŞ senatoru Elizabet Vorren bildirib ki, ölkədə artan qida və səhiyyə xərcləri vətəndaşları getdikcə “indi al, sonra ödə” (BNPL – “Buy Now, Pay Later”) hissə-hissə ödəniş planlarından daha çox istifadə etməyə vadar edir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Senator Elizabet Vorrenin sözlərinə görə, ABŞ sakinlərinin təxminən 54%-i bu cür kredit alətləri olmadan gündəlik xərclərini idarə etməkdə çətinlik çəkir.
O, həmçinin qeyd edib ki, BNPL xidmətlərindən istifadə edənlərin təxminən yarısının 2025-ci ildə ən azı bir ödənişi gecikdirəcəyi gözlənilir. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 34% artım deməkdir.

09:57 07.05.2026
Oxunuş sayı: 51