ABŞ Ukraynaya 373 milyon dollarlıq silah satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 373,6 milyon dollar olan JDAM-ER tipli dəqiq idarəolunan aviabombalar və əlaqəli avadanlıqların satışını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Məlumata görə, Kiyev təxminən 227 kq ağırlığında Mk 82 bombaları üçün 1200 ədəd KMU-572 komplekti, eləcə də təxminən 907 kq ağırlığında Mk 84 bombaları üçün 332 ədəd KMU-556 komplekti almağı planlaşdırır.
09:20 07.05.2026
Oxunuş sayı: 51