İran ABŞ-nin son nüvə təklifinə cavab verməyib
ABŞ və İran arasında razılaşma əldə edildiyi barədə yayılan xəbərlərə baxmayaraq, Tehran hələ də Vaşinqtonun son təklifinə rəsmi cavab verməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tasnim News Agency məlumat verib .
Məlumata görə, İran tərəfi ABŞ-nin təqdim etdiyi təklifdə “bəzi qəbuledilməz məqamların” olduğunu bildirir.
Bildirək ki, yayılan razılaşma xəbərləri ABŞ prezidenti Donald Trampın son “düşmənçilik addımlarını” haqlı göstərmək məqsədi daşıya bilər.
Qeyd olunub ki, Tehran bütün məsələləri dəyərləndirdikdən sonra yekun qərarını vasitəçilər vasitəsilə Vaşinqtona çatdıracaq.
08:25 07.05.2026
Oxunuş sayı: 48