ABŞ İranın nüvə zənginləşdirməsini 20 il dayandırmasını tələb edir
ABŞ administrasiyası İranın uranın zənginləşdirilməsi fəaliyyətini 20 il müddətinə dayandırmasını istəyir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal " məlumat yayıb.
Məlumata görə, Vaşinqton Tehrandan zənginləşdirilmiş bütün nüvə materiallarının təhvil verilməsini də tələb edir. ABŞ həmçinin İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinin sökülməsini, yeraltı nüvə fəaliyyətinin tam qadağan edilməsini və istənilən vaxt beynəlxalq yoxlamalara icazə verilməsini istəyir.
Qeyd olunur ki, sözügedən tələblər Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı danışıqların əsas müzakirə mövzularından biridir.
08:10 07.05.2026
Oxunuş sayı: 45